Выбрать плеер:

İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV

05 февраля 2026 77 просмотров

“Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı”.

Bu fikirlər Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edilib.

Dövlət başçısı bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirib. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında olub, dəstək və yardım əlini uzadıb.

“Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verib, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak edib. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir”, – deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunur.

Скопировано
Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Siyasət
08 февраля 2026 77 просмотров
İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
07 февраля 2026 77 просмотров
Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Siyasət
07 февраля 2026 77 просмотров
Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 февраля 2026 77 просмотров
Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Siyasət
07 февраля 2026 77 просмотров
Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Siyasət
06 февраля 2026 77 просмотров
Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Siyasət
06 февраля 2026 77 просмотров
"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 февраля 2026 77 просмотров
Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Siyasət
06 февраля 2026 77 просмотров
İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

Siyasət
06 февраля 2026 77 просмотров
Выбранные
icon