Siyasət
Выбрать плеер:

İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi

02 июля 2024

Prezident İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verib.

Bildirilib ki, “Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq.

Bakı gəmiqayırma zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Tanker barədə İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq.

Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

“Bakı Gəmiqayırma Zavodu”nun İdarə Heyətinin sədri Elşad Nuriyev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir “Ro-Pax” tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihəndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Sonra dövlət başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Скопировано
Ermənistanda əsas problem budur | Paşinyandan gözlənilməz açıqlama

Ermənistanda əsas problem budur | Paşinyandan gözlənilməz açıqlama

Siyasət
05 июля 2024
Prezident Qarabağda | Azərbaycan-ŞƏT əməkdaşlığının önəmi | Avropa fəlakətə sürüklənir - SALAM BAKU

Prezident Qarabağda | Azərbaycan-ŞƏT əməkdaşlığının önəmi | Avropa fəlakətə sürüklənir - SALAM BAKU

Siyasət
05 июля 2024
Azərbaycanla Çinin yaxın münasibətinin regional balansa təsiri

Azərbaycanla Çinin yaxın münasibətinin regional balansa təsiri

Siyasət
05 июля 2024
Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırdı

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırdı

Siyasət
05 июля 2024
Ermənistanda bu, ildırım sürəti ilə baş verir | Rusiya NATO sammitindən niyə narahatdır?

Ermənistanda bu, ildırım sürəti ilə baş verir | Rusiya NATO sammitindən niyə narahatdır?

Siyasət
05 июля 2024
Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli görüşün detalları

Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli görüşün detalları

Siyasət
05 июля 2024
Növbəti delimitasiya hansı ərazilərdə aparılacaq? | Siyasi şərhçi detalları açıqladı

Növbəti delimitasiya hansı ərazilərdə aparılacaq? | Siyasi şərhçi detalları açıqladı

Siyasət
05 июля 2024
Ermənistanla sülhə yanaşma | Əhali arasında sosial sorğu keçirildi

Ermənistanla sülhə yanaşma | Əhali arasında sosial sorğu keçirildi

Siyasət
05 июля 2024
Avropalıları narahat edən məsələ | Ekspertlər həyəcan təbili çaldı

Avropalıları narahat edən məsələ | Ekspertlər həyəcan təbili çaldı

Siyasət
04 июля 2024
Erməni qıza görə Paşinyanı təhqir etdilər | Ölkədə vəziyyət qarışdı

Erməni qıza görə Paşinyanı təhqir etdilər | Ölkədə vəziyyət qarışdı

Siyasət
04 июля 2024
Выбранные
icon