Выбрать плеер:

İlham Əliyevlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Baku TV

01 мая 2026 24 просмотров

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub. İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəzlənib.

Bundan başqa, küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidənqurma və bərpa işləri görülüb, sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb, oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa Qış parkına çıxış imkanı yaradır. Burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır.

Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq.

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında

Siyasət
01 мая 2026 24 просмотров
Sülh prosesi təhlükədə: Avropa Parlamentinin qərarı regiona necə təsir edəcək? - AKTUAL GÜNDƏM

Sülh prosesi təhlükədə: Avropa Parlamentinin qərarı regiona necə təsir edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
01 мая 2026 24 просмотров
Prezident Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi - Baku TV

Prezident Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi - Baku TV

Siyasət
01 мая 2026 24 просмотров
Bakıda "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forum keçirildi - Baku TV

Bakıda "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forum keçirildi - Baku TV

Siyasət
01 мая 2026 24 просмотров
Azərbaycandan sonra karyeramın ən vacib səfəri... | Vuçiçdən açıqlama

Azərbaycandan sonra karyeramın ən vacib səfəri... | Vuçiçdən açıqlama

Siyasət
01 мая 2026 24 просмотров
Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı | MM hansı qərarları verdi? - Baku TV

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı | MM hansı qərarları verdi? - Baku TV

Siyasət
01 мая 2026 24 просмотров
BTQ-nin təşkilatçılığı ilə Bakıda beynəlxalq forum təşkil olundu - Baku TV

BTQ-nin təşkilatçılığı ilə Bakıda beynəlxalq forum təşkil olundu - Baku TV

Siyasət
01 мая 2026 24 просмотров
Diplomatik korpus nümayəndələri Şərqi Zəngəzur və Qarabağda səfərdədir - Baku TV

Diplomatik korpus nümayəndələri Şərqi Zəngəzur və Qarabağda səfərdədir - Baku TV

Siyasət
01 мая 2026 24 просмотров
Avropa İttifaqının Azərbaycandakı səfiri XİN-ə çağırıldı, nota təqdim edildi - Baku TV

Avropa İttifaqının Azərbaycandakı səfiri XİN-ə çağırıldı, nota təqdim edildi - Baku TV

Siyasət
01 мая 2026 24 просмотров
ABŞ-nin İran strategiyası: Dəniz blokadası real geosiyasi alət kimi nə qədər effektivdir?

ABŞ-nin İran strategiyası: Dəniz blokadası real geosiyasi alət kimi nə qədər effektivdir?

Siyasət
01 мая 2026 24 просмотров
Выбранные
icon