Siyasət
Выбрать плеер:

İlham Əliyevlə görüşmüşəm | Moskvadakı terrorda azərbaycanlı izi axtaran Solovyov danışdı

27 марта 2024

Rusiyalı aparıcı Vladimir Solovyovun “Crocus City Hall”da baş verən terror hadisəsindən sonra “səhvən” terrorçulardan birinin Azərbaycan soyadını daşımasını bildirməsi onun ciddi tənqidinə səbəb olub.

Rusiyalı aparıcı tənqidlərin ardınca özünə bəraət qazandırmağa çalışıb. Bu barədə “Solovyov Live” efirində deyib.

“Guya mənim hansısa milləti təhqir etdiyim deyilir. Terror hadisəsindən sonra o əclafların birinin soyadını Azərbaycan soyadına oxşatmışam. Bunu erməni və ya qazax soyadına da oxşada bilərdim. Məgər bu, Azərbaycan xalqı ilə problemin olduğunu göstərir? Özünüzə gəlin! Yoxsa demək istəyirsiniz ki, bizdə “müqəddəs millət” və “cinayətkar millət” var? Amma beləsi yoxdur.

Mən sovet beynəlmiləlçisiyəm, bütün millətlərə hörmətim var. Sovet dövrünün parlaq xadimləri olub ki, onların sırasına Ermənistandan olanları aid etmirəm, Belarusdan olanları aid edirəm. Azərbaycan rəhbərliyinə gəlincə, Əliyevlə görüşmüşəm və onun haqqında çox yüksək fikirdəyəm. Sakitləşin. Millətlərarası münaqişəni qızışdırmaq istəsəydim, bəzi blogerlərin yolu ilə gedərdim. Məgər Zelenskini tənqid edəndə onun yəhudi olmasına görə yəhidələrdən əks cavab gözləməliyəm?”, – o bildirib.

Qeyd edək ki, Solovyov terrorçulardan birinin soyadını azərbaycanlıya “səhvən” bənzədəndən sonra Azərbaycanın teraktda əli olması ehtimalını da irəli sürəcək qədər irəli gedib və ölkəmizə ənənəvi nifrətini nümayiş etdirib. Onun bu açıqlaması isə Azərbaycan ictimaiyyətindən gələn təzyiqlərdən yayınma cəhdi kimi qiymətləndirilməlidir.

Скопировано
Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Siyasət
26 апреля 2024
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

Siyasət
26 апреля 2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Siyasət
26 апреля 2024
Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Siyasət
26 апреля 2024
İlham Əliyev Berlində Almaniya Kansleri ilə görüşdü

İlham Əliyev Berlində Almaniya Kansleri ilə görüşdü

Siyasət
26 апреля 2024
Ermənistan Parlamentinin komissiya sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama

Ermənistan Parlamentinin komissiya sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama

Siyasət
26 апреля 2024
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 апреля 2024
Avropa Parlamenti Azərbaycandan nə istəyir? - Sifarişlə işləyənlərin acı sonu

Avropa Parlamenti Azərbaycandan nə istəyir? - Sifarişlə işləyənlərin acı sonu

Siyasət
26 апреля 2024
Prezident "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış etdi

Prezident "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış etdi

Siyasət
26 апреля 2024
Bu ermənilərə kimlər pul buraxır? | Döyüşmək, post qurmaq...

Bu ermənilərə kimlər pul buraxır? | Döyüşmək, post qurmaq...

Siyasət
26 апреля 2024
Выбранные
icon