Siyasət
Выбрать плеер:
Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib
2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
Bu barədə nazirlikdən bildirilib.
Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər.
Скопировано
Выбранные