Siyasət
Выбрать плеер:

Korotçenko Azərbaycanın siyasətindən danışdı | Vaşinqton Bakını şantaj etmək istədi, amma...

25 октября 2024

“Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə məsuliyyətli iştirakçı kimi mövqe tutur. Bu, ilk növbədə Cənubi Qafqazda baş verən son hadisələr fonunda geosiyasi çəkisini kəskin şəkildə artıran ölkədir. Azərbaycanda irimiqyaslı enerji və infrastruktur layihələri həyata keçirilir”.

Bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində Azərbaycanın BRICS-də perspektivləri barədə danışarkən deyib.

O bildirib ki, müasir nəqliyyat logistikası sisteminə əsaslanan Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada ən mühüm geoiqtisadi oyunçudur:

“Bu səbəb və şərait nəticəsində Azərbaycanın siyasi, iqtisadi, hərbi statusu və çəkisi xeyli artıb. Bunu bu gün hamı tanıyır. Ən əsası isə Azərbaycan milli maraqların müdafiəsinə yönələn suveren siyasət yürüdür. Həmin ABŞ Azərbaycana təzyiq göstərməyə, şantaj etməyə çalışdı, amma heç nə alınmadı.

Bu, Cozef Baydenin Prezident İlham Əliyevə xüsusi müraciət yazması və onu Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasına inandırması ilə başa çatıb. Təbii ki, Azərbaycan belə bir sazişi o zaman bağlayacaq ki, o, tam hazır olsun, sülh və sabitlik maraqlarına cavab versin, nəinki Amerikanın istədiyinə”.

İ.Korotçenkonun sözlərinə görə, BRICS sammitindəki çıxışı ilə İlham Əliyev müasir dünyanın aparıcı siyasi liderlərindən biri olduğunu göstərib:

“Güclü, özünə güvənən, strateji məqsəd qoyan, böyük intellektual! O, bu gün çoxlarının öz dövlətinin başında olmasını arzuladığı liderdir, o cümlədən Avropa Birliyinin bir çox ölkələri bunu arzulayır.

Azərbaycan bu gün Cənubi Qafqazda açıq-aşkar dominantlıq edir. İ.Əliyev təkcə dövrün tendensiyalarını hiss etmir, həm də öz regionunda və onun hüdudlarından kənarda daha çox müasir siyasəti formalaşdırır. Azərbaycan bu gün obyektiv olaraq bu regionun taleyi üçün məsuliyyət daşıyır”.

Скопировано
Baku TV Gürcüstan Parlamentinin önündə | Əməkdaşımız son məlumatları çatdırdı

Baku TV Gürcüstan Parlamentinin önündə | Əməkdaşımız son məlumatları çatdırdı

Siyasət
27 октября 2024
İlham Əliyev Gürcüstan Baş nazirini Azərbaycana dəvət etdi

İlham Əliyev Gürcüstan Baş nazirini Azərbaycana dəvət etdi

Siyasət
27 октября 2024
Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür

Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür

Siyasət
27 октября 2024
Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılmış Oğuz və Qıpçaq ləhcəsindədir

Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılmış Oğuz və Qıpçaq ləhcəsindədir

Siyasət
26 октября 2024
Sülh prosesinə təkan verən məqamlar | Müqavilə ilin sonuna kimi imzalana bilər?

Sülh prosesinə təkan verən məqamlar | Müqavilə ilin sonuna kimi imzalana bilər?

Siyasət
26 октября 2024
Azərbaycanlı müşahidəçi seçki prosesindən danışdı | Ən son vəziyyət açıqlandı

Azərbaycanlı müşahidəçi seçki prosesindən danışdı | Ən son vəziyyət açıqlandı

Siyasət
26 октября 2024
Səsvermə prosesində qayda pozuntusu aşkar edilib? | Əhali seçki məntəqələrinə axın edir

Səsvermə prosesində qayda pozuntusu aşkar edilib? | Əhali seçki məntəqələrinə axın edir

Siyasət
26 октября 2024
Tofiq Zülfüqarov COP29-u boykot edənlərə od püskürdü | Əgər səsvermənin nəticəsi belədirsə…

Tofiq Zülfüqarov COP29-u boykot edənlərə od püskürdü | Əgər səsvermənin nəticəsi belədirsə…

Siyasət
26 октября 2024
Gürcüstandakı səsvermə dünyanın diqqətində | Seçki prosesində ən son vəziyyət

Gürcüstandakı səsvermə dünyanın diqqətində | Seçki prosesində ən son vəziyyət

Siyasət
26 октября 2024
Cammu və Kəşmirin işğal gününə həsr olunmuş tədbir keçirildi

Cammu və Kəşmirin işğal gününə həsr olunmuş tədbir keçirildi

Siyasət
26 октября 2024
Выбранные
icon