Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı
Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransı zamanı AZAL-ın Bakı-Qroznı reysini icra edən sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasına toxunub.
O bildirib ki, Moskva və Bakı istənilən məsələləri həll edə bilmək gücündədir.
Buna İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını və Azərbaycan təyyarəsinin qəzaya uğramasını misal çəkib. S.Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında dezinformasiya tipli məlumatları yaymamağa çağırıb.
Xarici işlər nazirinin sözlərinə görə, Aktauda qəzaya düşən təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib:
“Bu faktları nəzərə alaraq təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir”.