Выбрать плеер:

Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

18 декабря 2025 102 просмотров

“Ermənistanın xarici işlər naziri mənə məruzə edib ki, macarıstanlı həmkarlar qərarla razılaşıblar və bu məsələ ilə bağlı konsensus var”.

Bu barədə jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan Macarıstanın Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi məqsədlər üçün 20 milyon avro ayrılması ilə bağlı qərara qoyduğu vetonu götürməsi barədə danışarkən deyib.

Baş nazir bildirib ki, qərar de-yure qəbul edildikdən sonra dərc olunacaq.

“Təfərrüatları açıqlaya bilmərəm”, – Paşinyan vurğulayıb.

O həmçinin vəsaitin sülh gündəliyi üçün xərclənəcəyini iddia edib.

“Azadlıq” radiosunun Avropa xidməti dekabrın 17-də Macarıstanın veto qərarını geri götürməsi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Avropa Sülh Fondu vasitəsilə hərbi məqsədlər üçün Ermənistana 20 milyon avro ayırması qərarına Budapeşt tərəfindən veto qoyulub.

Macarıstan xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən beynəlxalq konfransda bu məsələyə toxunub. Siyarto bəyan edib ki, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.

Скопировано
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Siyasət
18 декабря 2025 102 просмотров
Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV

Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV

Siyasət
18 декабря 2025 102 просмотров
Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?

Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?

Siyasət
18 декабря 2025 102 просмотров
İlham Əliyev vacib sərəncam imzaladı

İlham Əliyev vacib sərəncam imzaladı

Siyasət
18 декабря 2025 102 просмотров
Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Siyasət
18 декабря 2025 102 просмотров
Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Siyasət
18 декабря 2025 102 просмотров
"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

Siyasət
18 декабря 2025 102 просмотров
"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

Siyasət
18 декабря 2025 102 просмотров
Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 декабря 2025 102 просмотров
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV

Siyasət
17 декабря 2025 102 просмотров
Выбранные
icon