Выбрать плеер:

Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi - Baku TV

01 января 2026 282 просмотров

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günündə Prezident İlham Əliyevlə birgə fotosunu paylaşıb.

Paylaşımda deyilir: “Əziz həmvətənlərim, bacı-qardaşlarım!

Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.

Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün. Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir.

Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy uca Tanrı hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.

Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun.

Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə, sizin Mehriban”.

Скопировано
İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

Siyasət
15 марта 2026 282 просмотров
Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 марта 2026 282 просмотров
Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Siyasət
14 марта 2026 282 просмотров
Yaxın Şərqdə gərginlik davam edir | Astaradan xarici ölkə vətəndaşlarının təxliyəsi - Baku TV

Yaxın Şərqdə gərginlik davam edir | Astaradan xarici ölkə vətəndaşlarının təxliyəsi - Baku TV

Siyasət
14 марта 2026 282 просмотров
Gülab vermək islami təsirdir, yoxsa daha qədim türk təmizlənmə ritualı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Gülab vermək islami təsirdir, yoxsa daha qədim türk təmizlənmə ritualı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
14 марта 2026 282 просмотров
İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM

İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM

Siyasət
14 марта 2026 282 просмотров
Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV

Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV

Siyasət
14 марта 2026 282 просмотров
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib

Siyasət
14 марта 2026 282 просмотров
Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV

Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV

Siyasət
14 марта 2026 282 просмотров
"Azərbaycana təşəkkür edirəm" | İrandan təxliyə olunan vətəndaşlar vəziyyətdən danışdı - Baku TV

"Azərbaycana təşəkkür edirəm" | İrandan təxliyə olunan vətəndaşlar vəziyyətdən danışdı - Baku TV

Siyasət
14 марта 2026 282 просмотров
Выбранные
icon