Mixay Popşoi ilə Ceyhun Bayramov birgə mətbuat konfransı keçiriblər
"Moldova "Yaşıl enerji dəhlizi" layihəsinə maraq göstərir".
Bunu Moldovanın Baş nazirin müavini, xarici işlər naziri Mixay Popşoi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, enerji sahəsi xüsusilə iki ölkə arasında əlaqələrin inkişafı üçün bir sahəyə çevrilə bilər:
"Enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tədarükünün artırılması Moldova üçün prioritet sahələr olaraq qalır. 2022-ci ildə iqtisadi böhran zamanı bizə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik".
Nazir həmçinin bildirib ki, Moldova Azərbaycanla yalnız qaz tədarükü deyil, həm də "yaşıl enerji" sahəsində əməkdaşlıq etmək niyyətindədir:
"Moldova "Energocom" şirkəti ilə birlikdə Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlar aparır və "Yaşıl enerji dəhlizi" layihəsində iştirak etmək niyyətindədir. Azərbaycan şirkətləri də Moldovaya investisiya yatırmağa dəvət olunur. Ölkəmiz həmişə Azərbaycan qazının alınmasına və digər uzunmüddətli investisiyalara açıqdır".
Тег #Ceyhun Bayramov используется
- Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV
- Ceyhun Bayramov İranla bağlı kritik vəziyyətdən danışdı - "50-dən çox ölkə müraciət etdi" - Baku TV
- Bu ölkələrdəki Azərbaycan vətəndaşları ilə bağlı təcili hərəkətə keçildi - Baku TV
- Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI
- Ciddədən növbəti evakuasiya reysi planlaşdırılıb | Ceyhun Bayramov
