Siyasət
Выбрать плеер:

Paşinyan ermənilərə demarkasiya məsələsini görün necə izah etdi

30 апреля 2024

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqına Tavuşda delimitasiya məsələsini bir stəkan su ilə izah etməyə çalışıb.

Bu barədə o, sosial şəbəkədə paylaşdığı “Dövlət haqqında söhbətlər” adlı videoçarxında danışıb.

Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsini müəyyən etməsidir, ancaq bunun üçün əvvəlcə ərazi konkretləşdirilməlidir. Yəni xalqın hansı hüquq və vəzifələrə sahib olduğuna başqaları deyil, xalq qərar verməlidir.

N.Paşinyan fikrini daha aydın nümayiş etdirmək üçün su ilə doldurulan qabdan istifadə edib. O, ermənilərə müraciət edərək qabın içindəkini hüquq və vəzifələr kimi təsəvvür etmələrini istəyib. Baş nazir suyu boş stəkana töküb və deyib ki, hüquqlar, vəzifələr konkret formadadırsa, deməli, onlar məqbul və həyatqabiliyyətlidir.

Sonra o, hüquq və vəzifələrin konkretləşmədiyi formanı nümayiş etdirib. Bunun üçün Baş nazir qabdakı suyu stolun üstünə töküb. Kadrlarda da masadakı suyun yayılaraq N.Paşinyanın üstünə töküldüyü görünür.

“Beləliklə, konkretləşmə olmasa, hüquq və vəzifələr davamlı olmur, problemlər və diskomfort hissi yaradır. Bizim Tavuş bölgəsində gördüyümüz işin bir məqsədi var. Onun çərçivəsində vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli gücləndiriləcək”, – deyə Nikol Paşinyan əlavə edib.

Скопировано
Selçuk Bayraktar "Akıncı"nın dağıntıları necə tapdığını açıqladı

Selçuk Bayraktar "Akıncı"nın dağıntıları necə tapdığını açıqladı

Siyasət
21 мая 2024
XİN rəhbərləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Tehrandakı səfirliyimiz...

XİN rəhbərləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Tehrandakı səfirliyimiz...

Siyasət
21 мая 2024
Fransa Azərbaycanda keçiriləcək COP29-a qatılmayacaq? | Ermənipərəst siyasətçidən açıqlama

Fransa Azərbaycanda keçiriləcək COP29-a qatılmayacaq? | Ermənipərəst siyasətçidən açıqlama

Siyasət
21 мая 2024
Millət vəkili kimləri yıxıb sürüdü? - O adamların hamısını...

Millət vəkili kimləri yıxıb sürüdü? - O adamların hamısını...

Siyasət
21 мая 2024
Əminəm ki, bunlar İranın yeni rəhbərliyinə çatdırılacaq | İlham Əliyev

Əminəm ki, bunlar İranın yeni rəhbərliyinə çatdırılacaq | İlham Əliyev

Siyasət
21 мая 2024
Erməni bloger aranı qarışdırmağa çalışanları ifşa etdi | Kimsə axmaq deyil ki...

Erməni bloger aranı qarışdırmağa çalışanları ifşa etdi | Kimsə axmaq deyil ki...

Siyasət
21 мая 2024
İbrahim Rəisi həyatını İranın inkişafına qurban verdi | Prezident

İbrahim Rəisi həyatını İranın inkişafına qurban verdi | Prezident

Siyasət
21 мая 2024
İlham Əliyev güclü siyasətçi kimi bunu edəcək | Korotçenkodan şərh

İlham Əliyev güclü siyasətçi kimi bunu edəcək | Korotçenkodan şərh

Siyasət
21 мая 2024
Millət vəkilləri İran rəsmilərinin xatirəsini sükutla yad etdi

Millət vəkilləri İran rəsmilərinin xatirəsini sükutla yad etdi

Siyasət
21 мая 2024
Bu, tarixi görüş idi | İlham Əliyev İranın Bakıdakı səfirliyində

Bu, tarixi görüş idi | İlham Əliyev İranın Bakıdakı səfirliyində

Siyasət
21 мая 2024
Выбранные
icon