Siyasət
Выбрать плеер:
Paşinyana qarşı hərəkətə keçən Balasanyanın əsl məqsədi nədir?
Xocalı qatili, Qarabağdan qovulmuş qondarma “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Ermənistanda hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarına qoşulub. Bu barədə yerli medianın məlumatında deyilir.
V.Balasanyanın etirazçılara rəhbərlik edən keşiş Baqrat Qalstanyanı dəstəklədiyi bildirilir.
O və digərləri Ermənistan ictimaiyyətini mayın 9-da İrəvanın Respublika meydanına gələrək ümumxalq hərəkatının iştirakçısı olmağa çağırıblar.
Onlar Ermənistanın güc strukturlarından yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, hərəkata arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə erməni Apostol Kilsəsinin başçılıq etdiyini xatırlamağı tələb ediblər.
Скопировано
Выбранные