Siyasət
Выбрать плеер:

Paşinyandan delimitasiya prosesi ilə bağlı açıqlama

02 мая 2024

“Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.

Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır:

“Bu gün biz sərhədin təkrar müəyyən edilməsi üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi təcrübədə nümayiş etdirmək son dərəcə vacibdir”.

Baş nazir vurğulayıb ki, delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər: “Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar”.

Скопировано
Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Siyasət
17 мая 2024
Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Siyasət
17 мая 2024
Ayxan Hacızadə Baku TV-yə danışdı | İrandakı səfirliyimiz bərpa edilir?

Ayxan Hacızadə Baku TV-yə danışdı | İrandakı səfirliyimiz bərpa edilir?

Siyasət
17 мая 2024
Prezidentin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verildi

Prezidentin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verildi

Siyasət
17 мая 2024
Fransa müstəmləkəçiliyinə son! | Bakı Təşəbbüs Qrupu hərəkətə keçdi

Fransa müstəmləkəçiliyinə son! | Bakı Təşəbbüs Qrupu hərəkətə keçdi

Siyasət
17 мая 2024
İrəvanda aksiyanın əsl məqsədi | Rusiya NATO-ya hücum edəcək? | Vardanyandan yeni xəbər - SALAM BAKU

İrəvanda aksiyanın əsl məqsədi | Rusiya NATO-ya hücum edəcək? | Vardanyandan yeni xəbər - SALAM BAKU

Siyasət
17 мая 2024
Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı

Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı

Siyasət
17 мая 2024
Aleksandr Lukaşenko Qarabağın bərpası ilə bağlı təklif irəli sürdü

Aleksandr Lukaşenko Qarabağın bərpası ilə bağlı təklif irəli sürdü

Siyasət
17 мая 2024
Türkiyə-Gürcüstan əlaqələrinin sütununu bölgədəki işbirliyi təşkil edir | Ərdoğan

Türkiyə-Gürcüstan əlaqələrinin sütununu bölgədəki işbirliyi təşkil edir | Ərdoğan

Siyasət
17 мая 2024
Fransadan Yeni Kaledoniyaya qarşı təhlükəli plan

Fransadan Yeni Kaledoniyaya qarşı təhlükəli plan

Siyasət
17 мая 2024
Выбранные
icon