Siyasət
Выбрать плеер:

Paşinyanın seçimi qalmadı | İrəvanın Almatı görüşündəki məqsədi nədir?

09 мая 2024

Fransanın “Le Figaro” nəşri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən danışıqlar barədə yazı dərc edib.

Məqalədə beynəlxalq münasibətlər üzrə professor Sebastian Boussois normallaşma prosesinin mümkün nəticələrini təhlil edib. Bildirilib ki, onillərlə davam edən müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün ikitərəfli yanaşmanın qayıdışı dünyanın alovlandığı bir vaxtda ümid verir.

Müəllif yazır ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilər ki, sülhün bərqərar olmasında nəinki BMT, həm də beynəlxalq vasitəçilik köhnəlib. Məqalədə ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçilik cəhdlərinin boşa çıxdığı qeyd olunub.

Yazıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcəklərinə diqqət çəkilib, tərəflərin iki ölkə arasında 30 ildən çox davam edən münaqişənin həllinə dair yekun və qəti razılaşmaya gətirib çıxara biləcək bütün elementləri müzakirə etdikləri vurğulanıb:

“Mayın 10-da Qazaxıstanın Almatı şəhərində yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə danışıqlarda heç bir rol oynamayacaq, lakin onun güclü simvolik dəyəri var. Belə ki, SSRİ-nin dağılması zamanı onun sonunu təsdiqləyən Alma-Ata Bəyannaməsi imzalanıb. Orada tarixi yenidən yazmaq olar”.

Professorun sözlərinə görə, ötən ay Azərbaycanın 4 kəndini qaytarması Ermənistanın normallaşma istiqamətində irəliləmək istədiyinin sübutudur: “Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”.

Məqalədə qeyd olunub ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birbaşa əlaqəsini bərpa etməklə yanaşı, Ermənistan üçün də öz qonşuları ilə ticarət əlaqələri qurmaq baxımından faydalı olmalıdır.

“Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”, – yazıda bildirilib.

Скопировано
Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Siyasət
20 мая 2024
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

Siyasət
20 мая 2024
Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Siyasət
19 мая 2024
İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

Siyasət
19 мая 2024
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Siyasət
19 мая 2024
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Siyasət
19 мая 2024
İran və Azərbaycanı birləşdirən layihələrin əhəmiyyəti

İran və Azərbaycanı birləşdirən layihələrin əhəmiyyəti

Siyasət
19 мая 2024
Azərbaycan və İran prezidentlərinin sərhəddəki görüşündən görüntülər

Azərbaycan və İran prezidentlərinin sərhəddəki görüşündən görüntülər

Siyasət
19 мая 2024
Azərbaycan və İran sərhədində 2 SES inşa ediləcək

Azərbaycan və İran sərhədində 2 SES inşa ediləcək

Siyasət
19 мая 2024
İlham Əliyev İranla sərhəddəki görüşün vacibliyini vurğuladı

İlham Əliyev İranla sərhəddəki görüşün vacibliyini vurğuladı

Siyasət
19 мая 2024
Выбранные
icon