Выбрать плеер:

Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

17 июля 2026 197 просмотров

Prezident İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxunub, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib.

Qəbula görə dövlət başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.

Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğulayıb. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini deyib.

İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirilib. Kambocanın Baş nazirin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olunub.

Скопировано
Beynəlxalq hüquq buna nə deyir?

Beynəlxalq hüquq buna nə deyir?

Siyasət
19 августа 2026 197 просмотров
Gürcüstan sərhəddə əngəl yaratdı: kilometrlərlə TIR növbəsi - AKTUAL GÜNDƏM

Gürcüstan sərhəddə əngəl yaratdı: kilometrlərlə TIR növbəsi - AKTUAL GÜNDƏM

Siyasət
19 августа 2026 197 просмотров
Bakı qırmızı xətti göstərdi: Moskva reaksiya verməyə məcbur qaldı - AKTUAL GÜNDƏM

Bakı qırmızı xətti göstərdi: Moskva reaksiya verməyə məcbur qaldı - AKTUAL GÜNDƏM

Siyasət
19 августа 2026 197 просмотров
Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV

Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV

Siyasət
19 августа 2026 197 просмотров
İran XİN başçısından Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran XİN başçısından Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
19 августа 2026 197 просмотров
Rəsmi Bakıdan Rusiyanın media ictimaiyyətinə çağırış edildi - Baku TV

Rəsmi Bakıdan Rusiyanın media ictimaiyyətinə çağırış edildi - Baku TV

Siyasət
19 августа 2026 197 просмотров
Rusiyalı nazir müşaviri Aleksey Çadayev istefa verdi - Baku TV

Rusiyalı nazir müşaviri Aleksey Çadayev istefa verdi - Baku TV

Siyasət
18 августа 2026 197 просмотров
Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Siyasət
18 августа 2026 197 просмотров
Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Siyasət
18 августа 2026 197 просмотров
CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

Siyasət
18 августа 2026 197 просмотров
Выбранные
icon