Siyasət
Выбрать плеер:

Prezident İlham Əliyev Rusiya rəsmiləri ilə görüşdü

02 мая 2024

Prezident İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.

Konstantin Kosaçov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin salamlarını dövlət başçısına və birinci xanım Mehriban Əliyevaya çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Valentina Matviyenko və Vyaçeslav Volodinə çatdırmağı xahiş edib.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı dövlət başçısına təbriklərini çatdıran Konstantin Kosaçov bu tədbirə böyük beynəlxalq marağın olduğunu vurğulayıb.

Qonaq Forumda Azərbaycan Prezidentinin dərin məzmunlu çıxışının önəmini qeyd edib və bildirib ki, dövlət başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qoşulmama Hərəkatının fəaliyyəti, neokolonializm və digər mövzular barədə fikirləri müasir şəraitdə böyük aktuallıq kəsb edir.

Konstantin Kosaçov vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə çox layiqli yer tutması sevinc doğurur və bu da öz növbəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində vacib amillərdən birinə çevrilir.

O, Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfərinin çox uğurlu keçdiyini qeyd edib. Konstantin Kosaçov Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığını deyərək Bakıya hər dəfə gələrkən paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.

Скопировано
Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Siyasət
17 мая 2024
Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Siyasət
17 мая 2024
Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrə görüşünün nəticəsi

Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrə görüşünün nəticəsi

Siyasət
17 мая 2024
Ayxan Hacızadə Baku TV-yə danışdı | İrandakı səfirliyimiz bərpa edilir?

Ayxan Hacızadə Baku TV-yə danışdı | İrandakı səfirliyimiz bərpa edilir?

Siyasət
17 мая 2024
Prezidentin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verildi

Prezidentin adından Lukaşenkonun şərəfinə dövlət ziyafəti verildi

Siyasət
17 мая 2024
Fransa müstəmləkəçiliyinə son! | Bakı Təşəbbüs Qrupu hərəkətə keçdi

Fransa müstəmləkəçiliyinə son! | Bakı Təşəbbüs Qrupu hərəkətə keçdi

Siyasət
17 мая 2024
İrəvanda aksiyanın əsl məqsədi | Rusiya NATO-ya hücum edəcək? | Vardanyandan yeni xəbər - SALAM BAKU

İrəvanda aksiyanın əsl məqsədi | Rusiya NATO-ya hücum edəcək? | Vardanyandan yeni xəbər - SALAM BAKU

Siyasət
17 мая 2024
Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı

Aleksandr Lukaşenko Belarusun taxta evlər təcrübəsindən danışdı

Siyasət
17 мая 2024
Aleksandr Lukaşenko Qarabağın bərpası ilə bağlı təklif irəli sürdü

Aleksandr Lukaşenko Qarabağın bərpası ilə bağlı təklif irəli sürdü

Siyasət
17 мая 2024
Türkiyə-Gürcüstan əlaqələrinin sütununu bölgədəki işbirliyi təşkil edir | Ərdoğan

Türkiyə-Gürcüstan əlaqələrinin sütununu bölgədəki işbirliyi təşkil edir | Ərdoğan

Siyasət
17 мая 2024
Выбранные
icon