Выбрать плеер:

Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

17 июля 2026 174 просмотров

Prezident İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəmizə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərimizin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb. O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Скопировано
Beynəlxalq hüquq buna nə deyir?

Beynəlxalq hüquq buna nə deyir?

Siyasət
19 августа 2026 174 просмотров
Gürcüstan sərhəddə əngəl yaratdı: kilometrlərlə TIR növbəsi - AKTUAL GÜNDƏM

Gürcüstan sərhəddə əngəl yaratdı: kilometrlərlə TIR növbəsi - AKTUAL GÜNDƏM

Siyasət
19 августа 2026 174 просмотров
Bakı qırmızı xətti göstərdi: Moskva reaksiya verməyə məcbur qaldı - AKTUAL GÜNDƏM

Bakı qırmızı xətti göstərdi: Moskva reaksiya verməyə məcbur qaldı - AKTUAL GÜNDƏM

Siyasət
19 августа 2026 174 просмотров
Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV

Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV

Siyasət
19 августа 2026 174 просмотров
İran XİN başçısından Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran XİN başçısından Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
19 августа 2026 174 просмотров
Rəsmi Bakıdan Rusiyanın media ictimaiyyətinə çağırış edildi - Baku TV

Rəsmi Bakıdan Rusiyanın media ictimaiyyətinə çağırış edildi - Baku TV

Siyasət
19 августа 2026 174 просмотров
Rusiyalı nazir müşaviri Aleksey Çadayev istefa verdi - Baku TV

Rusiyalı nazir müşaviri Aleksey Çadayev istefa verdi - Baku TV

Siyasət
18 августа 2026 174 просмотров
Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Siyasət
18 августа 2026 174 просмотров
Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Siyasət
18 августа 2026 174 просмотров
CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

Siyasət
18 августа 2026 174 просмотров
Выбранные
icon