Siyasət
Выбрать плеер:

Prezident Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak etdi

13 июня 2024

Prezident İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlət başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu ölkəmizin şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. 12 hektar ərazidə tikilən kompleksdə yerli əhali üçün 60-dan çox yeni iş yeri yaranıb.

Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin təbiət tarixi sərgi zalında nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Kompleksdə yaradılan Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ daşlar, kristallar və geoloji nümunələr nümayiş olunur.

Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür. Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.

Скопировано
Putindən Ərdoğana vacib zəng | Ordumuz 106 yaşında | ABŞ-dən İrana yeni sanksiya - SALAM BAKU

Putindən Ərdoğana vacib zəng | Ordumuz 106 yaşında | ABŞ-dən İrana yeni sanksiya - SALAM BAKU

Siyasət
26 июня 2024
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Siyasət
26 июня 2024
İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım etdi

İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım etdi

Siyasət
26 июня 2024
Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə etdi

Siyasət
26 июня 2024
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi

Siyasət
26 июня 2024
Hərbi qulluqçular fəxri adlara layiq görülüb | Prezidentdən sərəncam

Hərbi qulluqçular fəxri adlara layiq görülüb | Prezidentdən sərəncam

Siyasət
25 июня 2024
İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzaladı

İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzaladı

Siyasət
25 июня 2024
Rusiya rəsmisindən Moskva-Bakı münasibətləri ilə bağlı açıqlama

Rusiya rəsmisindən Moskva-Bakı münasibətləri ilə bağlı açıqlama

Siyasət
25 июня 2024
Prezident İlham Əliyev Natiq Qasımovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı sərəncam imzaladı

Siyasət
25 июня 2024
Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
25 июня 2024
Выбранные
icon