Выбрать плеер:

Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - Baku TV

17 сентября 2026 88 просмотров

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.

"Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan "Meysari Grand Hotel & SPA" barədə məlumat verərək deyib ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.

Bildirilib ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.

Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir.

Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.

Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub.

Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.

Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. Ümumilikdə 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, kompleksin ərazisində daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.

Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları yaradılıb.

Burada ümumilikdə 320 yeni iş yeri açılıb.

Скопировано
23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 сентября 2026 88 просмотров
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 сентября 2026 88 просмотров
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 сентября 2026 88 просмотров
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 сентября 2026 88 просмотров
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 сентября 2026 88 просмотров
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 сентября 2026 88 просмотров
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 сентября 2026 88 просмотров
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 сентября 2026 88 просмотров
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 сентября 2026 88 просмотров
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 сентября 2026 88 просмотров
Выбранные
icon