Выбрать плеер:
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV
“Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır”.
Bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır:
“Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır”.
Скопировано
Тег #İlham Əliyev используется
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
- Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV
- Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
