Выбрать плеер:
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edildi
Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Muxtar Babayev – Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.
Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.
Скопировано
