Выбрать плеер:
Qazaxıstan Prezidentindən Azərbaycan və Ermənistanla bağlı açıqlama - Baku TV
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı söyləyib.
Tokayev bu razılaşmanın tarixi əhəmiyyət daşıdığını vurğulayaraq, tezliklə regionda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin imzalanacağına ümid etdiyini qeyd edib: “İnanıram ki, Bakı və İrəvan yaxın gələcəkdə yekun sülh sazişi imzalayacaq”.
Скопировано
