Выбрать плеер:
"Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik" | Azərbaycan Prezidenti - Baku TV
Ermənistan dövləti bizim torpaqlarımızı talan edib, viran qoyub. Biz isə qurub-yaradırıq, şəhərlər, kəndlər dirçəlir.
Bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib:
"Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq. Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik".
Скопировано
