Выбрать плеер:

"Bunlar bizi ciddi narahat edir" | Qazaxıstanda Xəzərlə bağlı konfrans keçiriləcək - Baku TV

18 февраля 2026 505 просмотров

“Xəzər dənizi məsələsi həm Azərbaycan, həm də Qazaxıstan üçün son dərəcə vacibdir”.

Bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Baku TV-yə müsahibəsində deyib.

Səfir bildirib ki, Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutlarının keçdiyi mühüm məkandır. Dənizin səviyyəsinin azalması ciddi narahatlıq doğurur.

O vurğulayıb ki, Qazaxıstan və Azərbaycan hazırda Xəzər dənizinin problemlərini fəal şəkildə müzakirə edirlər və bu məsələnin apreldə Qazaxıstanda keçiriləcək sammitdə geniş şəkildə müzakirə olunacağı gözlənilir:

“Ümid edirik ki, həmin sammitdə cənab Prezident İlham Əliyev də iştirak edəcək. Bir sıra ekoloji problemlər, o cümlədən Xəzər dənizinin problemləri müzakirə olunacaq”.

Qazaxıstanın ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə böyük önəm verdiyini vurğulayan səfir qeyd edib ki, yaxın vaxtlarda Qazaxıstanda yeni konstitusiyanın qəbuluna dair ümumrespublika referendumu keçiriləcək:

“Konstitusiyada ilk dəfə olaraq vətəndaşların təbiəti qorumaq və təbii sərvətlərə qayğı ilə yanaşmaq öhdəliyi təsbit ediləcək”.

Səfir həmçinin Birləşmiş Millətlər Təşkilatı çərçivəsində beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü də qeyd edib:

“Ümid edirik ki, bu qurum yaradılarsa, beynəlxalq ictimaiyyətin su ilə bağlı bütün məsələlər üzrə səylərin koordinasiyası mümkün olacaq. Azərbaycanın da bu təşəbbüsü dəstəkləyəcəyinə çox ümid edirik”.

Скопировано
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri

İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri

Siyasət
06 марта 2026 505 просмотров
İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV

İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV

Siyasət
06 марта 2026 505 просмотров
SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb

SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb

Siyasət
06 марта 2026 505 просмотров
Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV

Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV

Siyasət
06 марта 2026 505 просмотров
"İrəvan Dram Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim" |  QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"İrəvan Dram Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 марта 2026 505 просмотров
İran daxilində böhran dərinləşir: partlayışlar, siyasi çəkişmələr və yeni lider axtarışı

İran daxilində böhran dərinləşir: partlayışlar, siyasi çəkişmələr və yeni lider axtarışı

Siyasət
06 марта 2026 505 просмотров
İranda əməliyyatlar nə qədər davam edəcək? - AKTUAL GÜNDƏM

İranda əməliyyatlar nə qədər davam edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
06 марта 2026 505 просмотров
“Kəşfiyyat məlumatlarımızın paylaşılması ilə bağlı sənəd imzalamışıq” | Mixay Popşoi

“Kəşfiyyat məlumatlarımızın paylaşılması ilə bağlı sənəd imzalamışıq” | Mixay Popşoi

Siyasət
06 марта 2026 505 просмотров
Ceyhun Bayramov İranla bağlı kritik vəziyyətdən danışdı - "50-dən çox ölkə müraciət etdi" - Baku TV

Ceyhun Bayramov İranla bağlı kritik vəziyyətdən danışdı - "50-dən çox ölkə müraciət etdi" - Baku TV

Siyasət
06 марта 2026 505 просмотров
Bu ölkələrdəki Azərbaycan vətəndaşları ilə bağlı təcili hərəkətə keçildi - Baku TV

Bu ölkələrdəki Azərbaycan vətəndaşları ilə bağlı təcili hərəkətə keçildi - Baku TV

Siyasət
06 марта 2026 505 просмотров
Выбранные
icon