"Taliban" rəsmisi Qarabağdan danışdı | Azərbaycan problemlərin öhdəsindən ustalıqla gəlir
“Biz Azərbaycanı və Azərbaycan xalqını çox sevirik”.
Bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyətinin rəhbəri Matuil Haq Xalis deyib.
O bildirib ki, Əfqanıstanın ölkəmizlə əlaqələri olduqca yaxşıdır:
“Bundan sonra da əlaqələrimizi daha da inkişaf etdirmək istəyirik. Düşünürəm ki, COP29 bunun üçün yaxşı bir vasitə olacaq. Artıq hər kəsin şahid olduğu kimi, Azərbaycan son illərdə daxili problemlərinin öhdəsindən ustalıqla gəlməyə nail olub və bunun üçün olduqca böyük əmək sərf edib. İndi isə qlobal problemlərə sinə gərmək öhdəliyini də üzərinə götürüb.
Bildiyimiz kimi, Qarabağda "yaşıl enerji" layihələri üzərində ciddi işlər görülür. Odur ki, Azərbaycan inkişafa, gələcəyə sərmayə yatırır və bunun uğurlu nəticələrini gələcəkdə görəcəyinizə dair heç bir şübhəm yoxdur”.