Regionda maraqları olan əsas hansı ölkələrdir? | Azəbaycan-Ermənistan üçün 2025-ci ilin ssenarisi
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək Qarabağdakı işğala son qoyub. Lakin müharibədən dörd ildən artıq bir müddət keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması hələ də reallaşmayıb.
Sülh müqaviləsinin imzalanması üçün bir neçə əsas faktor nəzərə alınmalıdır. İlk növbədə Ermənistanın sülh prosesində hansı dərəcədə konstruktiv davranacağı mühüm əhəmiyyət kəsb edir.
Ermənistan cəmiyyətində revanşist meyillər hələ də mövcudluğunu qoruyub saxlayır. Bu vəziyyətin dəyişməsi Ermənistan hökumətinin daxili və xarici siyasətində dəyişikliklərdən asılıdır.
Digər tərəfdən bölgədə maraqları olan xarici güclərin, xüsusilə Rusiya, ABŞ və Avropa İttifaqının sülh prosesinə yanaşması bu məsələdə mühüm təsirə malikdir. Başqa bir önəmli məqam isə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü tələblərdir.
Ermənilər bu tələbləri əllərində bayraq edərək həm sülh müqaviləsinin imzalanmasından yayınır, həm də delimitasiya və demarkasiya işlərini yubadırlar. Lakin Azərbaycanın irəli sürdüyü tələblər beynəlxalq hüquqa əsaslanır.
Bəs tərəflər arasında 2025-ci ildə sülh əldə edilə bilərmi?