Выбрать плеер:
Rusiya hərbi gəmiləri Bakı limanında | Müdafiə Nazirliyi məlumat yaydı
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Gəmi heyətlərini Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin nümayəndələri qarşılayıblar. Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.
Скопировано
![icon](/images/loading.png)