Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Belarusun Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Qonaq əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında təkbətək, ardınca geniş tərkibdə görüş olub.
Söhbət zamanı münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli əlaqələrin mühüm rolu vurğulanıb. Parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.
Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
