Siyasət
Выбрать плеер:

Sakinlər səhv seçim edərsə, nə baş verəcək? | Gürcüstanda seçkilərə son bir gün

25 октября 2024

25 oktyabr Gürcüstanda sükut günüdür.

Ölkə əhalisi bir gün sonra növbəti parlament seçkilərində səs verəcək.

Baku TV qonşu dövlətin Cənubi Qafqaz ölkələri arasında tutacağı yerlə bağlı Gürcüstan vətəndaşlarından müxtəlif təbəqələrin fikirlərini öyrənməyə çalışıb.

Ölkənin 3,7 milyon əhalisinin müəyyən bir hissəsi Avropa İttifaqı və NATO-ya üzv olmaqla Qərbə yaxınlaşmanı, digər hissəsi isə Rusiya ilə münasibətlərin inkişafına üstünlük verən “Gürcü Arzusu”nun siyasətini dəstəkləyir, Ukraynanın taleyinin Gürcüstanda təkrarlanmasından ehtiyat edirlər.

75 yaşlı Oleq Maçavarianinin evi 2008-ci ildə separatçı regionlar – Cənubi Osetiya və Abxaziya uğrunda 5 gün davam edən və Gürcüstanın məğlubiyyəti ilə başa çatan müharibə meydanının yaxınlığındadır.

Onun sözlərinə görə, səhv seçim olsa, Gürcüstan müharibənin içinə daxil olacaq:

“Qəti şəkildə hazırkı Gürcüstana, cənab Bidzina İvanişviliyə inanırıq. Müxalifət qalib gəlsə, müharibəyə cəlb ediləcəyik. Biz artıq 2008-ci ildə bir müharibədən keçmişik, başqa müharibə olsa, iqtisadi inkişafımız olmayacaq, sülh olmayacaq. 1990-cı illərə geri dönəcəyik, gürcü xalqı buna imkan verməyəcək”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Artıq 12 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası 4-cü dəfə qalib gəlməyə çalışacaq. “Vahid Milli Hərəkat” partiyası onun əsas rəqibi hesab olunur. Ən çox səs toplayan partiya hökuməti quracaq, baş nazir namizədini irəli sürəcək.

Скопировано
Baku TV Gürcüstan Parlamentinin önündə | Əməkdaşımız son məlumatları çatdırdı

Baku TV Gürcüstan Parlamentinin önündə | Əməkdaşımız son məlumatları çatdırdı

Siyasət
27 октября 2024
İlham Əliyev Gürcüstan Baş nazirini Azərbaycana dəvət etdi

İlham Əliyev Gürcüstan Baş nazirini Azərbaycana dəvət etdi

Siyasət
27 октября 2024
Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür

Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür

Siyasət
27 октября 2024
Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılmış Oğuz və Qıpçaq ləhcəsindədir

Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılmış Oğuz və Qıpçaq ləhcəsindədir

Siyasət
26 октября 2024
Sülh prosesinə təkan verən məqamlar | Müqavilə ilin sonuna kimi imzalana bilər?

Sülh prosesinə təkan verən məqamlar | Müqavilə ilin sonuna kimi imzalana bilər?

Siyasət
26 октября 2024
Azərbaycanlı müşahidəçi seçki prosesindən danışdı | Ən son vəziyyət açıqlandı

Azərbaycanlı müşahidəçi seçki prosesindən danışdı | Ən son vəziyyət açıqlandı

Siyasət
26 октября 2024
Səsvermə prosesində qayda pozuntusu aşkar edilib? | Əhali seçki məntəqələrinə axın edir

Səsvermə prosesində qayda pozuntusu aşkar edilib? | Əhali seçki məntəqələrinə axın edir

Siyasət
26 октября 2024
Tofiq Zülfüqarov COP29-u boykot edənlərə od püskürdü | Əgər səsvermənin nəticəsi belədirsə…

Tofiq Zülfüqarov COP29-u boykot edənlərə od püskürdü | Əgər səsvermənin nəticəsi belədirsə…

Siyasət
26 октября 2024
Gürcüstandakı səsvermə dünyanın diqqətində | Seçki prosesində ən son vəziyyət

Gürcüstandakı səsvermə dünyanın diqqətində | Seçki prosesində ən son vəziyyət

Siyasət
26 октября 2024
Cammu və Kəşmirin işğal gününə həsr olunmuş tədbir keçirildi

Cammu və Kəşmirin işğal gününə həsr olunmuş tədbir keçirildi

Siyasət
26 октября 2024
Выбранные
icon