“Şəhərsalma və Memarlıq İli” ilə bağlı planlar açıqlandı
“2026-cı ildə Qarabağda yaşayış məntəqələrinin, ictimai binaların və sənaye obyektlərinin tikintisinin başa çatdırılması, minlərlə məcburi köçkünün doğma yurdlarına qayıdışı nəzərdə tutulur”.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu proses çərçivəsində şəhərsalma və memarlıq sahəsində də mühüm vəzifələr qarşıya qoyulub.
“İşğaldan azad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərə əhalimizin qayıdışı davam edir. Ümumilikdə 12 şəhərin planlaşdırma sənədləri əsasında həmin şəhərlər yenidən qurulur”, – deyə İ.İsbatov əlavə edib.
