Выбрать плеер:

Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub - Baku TV

26 февраля 2026 55 просмотров

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma Memorial barədə məlumat verib.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində "Xocalıya ədalət!" kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri "Faciənin siması" instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını – qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında yaratdığı fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur.

Burada "Xocalı – qədim sivilizasiyanın izləri", "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalını unutma!" adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Скопировано
Sosial şəbəkələrə qeydiyyatda dəyişiklik | Prezident sərəncam imzaladı - Baku TV

Sosial şəbəkələrə qeydiyyatda dəyişiklik | Prezident sərəncam imzaladı - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
"Zəngəzuru heç vaxt unutmamışıq, gec-tez qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Zəngəzuru heç vaxt unutmamışıq, gec-tez qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
27 февраля 2026 55 просмотров
Azərbaycan və Efiopiya arasında hansı sənədlər imzalandı?

Azərbaycan və Efiopiya arasında hansı sənədlər imzalandı?

Siyasət
27 февраля 2026 55 просмотров
Efiopiyanın Baş naziri Azərbaycanla əlaqələr barədə hansı mesajları verdi? - Baku TV

Efiopiyanın Baş naziri Azərbaycanla əlaqələr barədə hansı mesajları verdi? - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
"Rəhbərliyinizlə Efiopiya uğurla inkişaf edir" - Prezident Abiy Əhməd Əlini təbrik etdi - Baku TV

"Rəhbərliyinizlə Efiopiya uğurla inkişaf edir" - Prezident Abiy Əhməd Əlini təbrik etdi - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
Efiopiyanın Baş naziri və birinci xanımının şərəfinə rəsmi nahar verildi - Baku TV

Efiopiyanın Baş naziri və birinci xanımının şərəfinə rəsmi nahar verildi - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
İlham Əliyev və Efiopiyanın Baş nazirindən mühüm açıqlamalar | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyev və Efiopiyanın Baş nazirindən mühüm açıqlamalar | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
Ümumdünya Şəhərsalma Forumu ilə bağlı platforma və sayt təqdim edildi - Baku TV

Ümumdünya Şəhərsalma Forumu ilə bağlı platforma və sayt təqdim edildi - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
Azərbaycan və Efiopiya arasında imzalanan sənədlərlə bağlı detallar - Baku TV

Azərbaycan və Efiopiya arasında imzalanan sənədlərlə bağlı detallar - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
WUF13-ə gələn qonaqları nələr gözləyir? - Dövlət Turizm Agentliyindən məlumat - Baku TV

WUF13-ə gələn qonaqları nələr gözləyir? - Dövlət Turizm Agentliyindən məlumat - Baku TV

Siyasət
27 февраля 2026 55 просмотров
Выбранные
icon