Bakı Ali Neft Məktəbində "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyası açılıb - Baku TV
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində ölkəmizin kibertəhlükəsizlik ekosistemi üçün mühüm əhəmiyyət kəsb edən "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılışı olub.
Tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirib ki, bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönələn real kiberhücum ssenariləri modelləşdirilir və insidentlərə çevik reaksiya vərdişləri formalaşdırılır.
İstifadəyə verilən laboratoriya təkcə universitetin tələbə və müəllim heyəti üçün deyil, həm də dövlət qurumlarının əməkdaşları üçün beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində işləmək, təşkil olunacaq təlimlərdə iştirak etmək və praktik təcrübə qazanmaq imkanı yaradacaq.
