Выбрать плеер:

“Facebook” link paylaşımına ödəniş tətbiqini sınaqdan keçirir

19 декабря 2025 80 просмотров

“Facebook” istifadəçilərin link paylaşımı üçün ödəniş tətbiqini sınaqdan keçirir ki, bu da media qurumları üçün növbəti zərbə ola bilər.

“The Guardian” nəşrinin məlumatına görə, “Facebook”un sahibi olan “Meta” məhdud test çərçivəsində ödənişsiz istifadəçilərin ayda cəmi iki xarici link paylaşmasına icazə verən yeni sistemi sınaqdan keçirir.

Məlumata əsasən, “Meta Verified” abunəliyi olmayan istifadəçilər üçün link paylaşımına limit qoyulub. Test əsasən “Professional Mode”da olan bəzi istifadəçi profilləri və səhifələrini əhatə edir.

Media qurumları testə birbaşa daxil edilməsə də, xəbər redaksiyaları bu addımın istifadəçilərin xəbər linklərini paylaşmasının qarşısını ala biləcəyindən narahatdır.

Qeyd edilir ki, “Meta”nın 2023-cü ildə xəbərləri prioritetdən çıxarması onlayn mediaya trafikdə ciddi azalmaya səbəb olub.

Analitiklər bildirirlər ki, yeni sınaq “Meta”nın istifadəçiləri ödənişli “Meta Verified” xidmətinə cəlb etmək strategiyasının tərkib hissəsidir. Bu xidmət müxtəlif səviyyələr üzrə aylıq 9,99 funtdan 400 funta qədər dəyişir və əlavə funksiyalar, təhlükəsizlik imkanları təqdim edir.

“Meta”nın sözçüsü bildirib ki, testin məqsədi linkli paylaşımların artırılmasının “Meta Verified” abunəçiləri üçün əlavə dəyər yaradıb-yaratmadığını müəyyənləşdirməkdir.

Media ekspertləri isə bu addımı “Facebook”un xəbərlərdən uzaqlaşma siyasətinin davamı kimi qiymətləndirir və bunun media platformaları üçün riskləri artırdığını vurğulayırlar.

Скопировано
Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçirildi - Baku TV

Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçirildi - Baku TV

Texnologiya
18 декабря 2025 80 просмотров
Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekti tətbiq etdi - Baku TV

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekti tətbiq etdi - Baku TV

Texnologiya
16 декабря 2025 80 просмотров
"Süni zəka ilə bağlı qanunvericilik genişləndirilməlidir" | Məmməd Əlizadə - Baku TV

"Süni zəka ilə bağlı qanunvericilik genişləndirilməlidir" | Məmməd Əlizadə - Baku TV

Texnologiya
11 декабря 2025 80 просмотров
“Google” süni intellektlə işləyən eynəklərini gələn il satışa çıxaracaq

“Google” süni intellektlə işləyən eynəklərini gələn il satışa çıxaracaq

Texnologiya
09 декабря 2025 80 просмотров
Süni intellektin inkişafı ilə bağlı görülən işlər - Baku TV

Süni intellektin inkişafı ilə bağlı görülən işlər - Baku TV

Texnologiya
09 декабря 2025 80 просмотров
Kibertəhlükəsizlik sahəsində hansı işlər görülür? | Nazir müavinindən açıqlama - Baku TV

Kibertəhlükəsizlik sahəsində hansı işlər görülür? | Nazir müavinindən açıqlama - Baku TV

Texnologiya
09 декабря 2025 80 просмотров
“mygov” istifadəçilərinin sayı 2 milyonu ötdü | “Xidmətlərin əhatə dairəsi hər gün genişləndirilir”

“mygov” istifadəçilərinin sayı 2 milyonu ötdü | “Xidmətlərin əhatə dairəsi hər gün genişləndirilir”

Texnologiya
27 ноября 2025 80 просмотров
Bakıda ilk dəfə Data, ERP və Süni İntellekt Zirvəsi keçirildi

Bakıda ilk dəfə Data, ERP və Süni İntellekt Zirvəsi keçirildi

Texnologiya
20 ноября 2025 80 просмотров
İtaliyada üzüm bağına robot işçi gətirildi

İtaliyada üzüm bağına robot işçi gətirildi

Texnologiya
16 ноября 2025 80 просмотров
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yeni təlimlərə qeydiyyat başlayıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yeni təlimlərə qeydiyyat başlayıb

Texnologiya
06 ноября 2025 80 просмотров
Выбранные
icon