1918, 1948 və 1988-ci illərin acı deportasiya tarixi - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində XX əsrdə indiki Ermənistandan kütləvi deportasiyanın 3 əsas mərhələsi – 1918, 1948 və 1988-ci illərdə reallaşdırılan məqsədli köçürülmə haqqında süjet hazırlanıb.
“1918-1948-1988-ci illərin acı deportasiya tarixi” adlı süjetdə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarının ən dəhşətli nəticəsi olan azərbaycanlı əhalinin Qərbi Azərbaycandan, indiki Ermənistandan deportasiyasından bəhs olunur.
Bildirilir ki, XX əsrdə azərbaycanlılar erməni millətçilərinin bir neçə dəfə soyqırımına məruz qalıb, ev-eşiklərindən məhrum edilib, ata-baba torpaqlarından qovulublar: “1918-ci ildə 100 minlərlə azərbaycanlı indiki Ermənistandan və Azərbaycanın özündən – Naxçıvan, Qarabağ və digər rayonlardan didərgin düşməyə məcbur edilib. İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın salınıb. Ümumiyyətlə, 1918-1920-ci illərdə azərbaycanlı əhalinin soyqırımının və azərbaycanlıların Ermənistandan deportasiyasının əsas səbəbi ermənilərin puç olan "Böyük Ermənistan" xülyası olub. Məhz daşnakların hakimiyyətdə olduğu 30 aylıq dövrdə Ermənistanın türk-azərbaycanlı əhalisinin sayı 77 % azalıb”.
Sonda diqqətə çatdırılır ki, 1918-ci ildən başlayaraq 1988-ci ilədək qaçqın fenomeni Azərbaycanın siyasi və sosial həyatının qarşısıalınmaz amilinə çevrilib: “Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb, yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb və qaçqına çevrilib”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
