Pleyeri seçin:

“1988-ci ildə hərbi xidmətə getdim, ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacam”

05 iyul 2024 369 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"1988-ci ildə hərbi xidmətə getdim, ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacağam" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Mövsüm Aslanovun həyat hekayəsinə həsr olunub.

Onun sözlərinə görə, 1905-1907-ci illərdə babasının atası Göyçədən ermənilər tərəfindən didərgin salınıb: "Sovet hakimiyyəti qurulandan sonra onlar yenidən Göyçəyə qayıdıblar. Çar Rusiyası zamanı ermənilər kəndə basqın ediblər. O zaman kəndin yaşlı insanları yaba, dırmıq ilə kəndi, qadınları, uşaqları ermənilərdən müdafiə ediblər. Babamın anası o vaxt iki oğlunu səbətin içində boranda, qarda məcburiyyət qarşısında ovalıq yerdə qoyub gedib. Sonra arxadan gələn kişilər həmin uşaqların ağlamaq səsini eşidib onları xilas ediblər".

Nərimanlı sakini bildirib ki, onlar 1988-ci ildə yenidən Göyçə mahalından didərgin düşüblər:

"Mən 1988-ci ilin iyun ayının 13-də əsgərliyə getdim. Heç ağlıma belə gətirə bilməzdim ki, bir daha bu yerlərə, doğulub, boya-başa çatdığım bu cənnət məkana, atalarımızın, babalarımızın bizlərə ərməğan qoyub getdiyi bu gözəl yerlərə bir daha dönə bilməyəcəyəm.

Həmin ilin noyabr ayında artıq ermənilər bütün Qərbi Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında olduğu kimi, Göyçə mahalından da 100 minlərlə soydaşımızı zorla deportasiya etdilər".

Banner
Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV

Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV

Siyasət
07 noyabr 2026 369 baxış
Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV

Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV

Siyasət
07 noyabr 2026 369 baxış
Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV

Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV

Siyasət
07 noyabr 2026 369 baxış
Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi

Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi

Siyasət
06 noyabr 2026 369 baxış
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb

Siyasət
06 noyabr 2026 369 baxış
Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi

Ermənilərin dağıtdığı qədim Göyçə kəndi | Bir kəndin deportasiya və qırğın taleyi

Siyasət
06 noyabr 2026 369 baxış
"Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV

"Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV

Siyasət
06 noyabr 2026 369 baxış
"Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV

"Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV

Siyasət
06 noyabr 2026 369 baxış
Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV

Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV

Siyasət
06 noyabr 2026 369 baxış
"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər" | Prezident - Baku TV

"Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər" | Prezident - Baku TV

Siyasət
06 noyabr 2026 369 baxış
Seçilmişlər
icon