Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Xələc Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Qeyd olunub ki, kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsi bolşeviklər tərəfindən Ermənistana verilmiş Zəngəzurda yerləşir.
Kənd ən azı 200 il ərzində Xələc adını daşıyıb. 2006-cı ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Açanan qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Sünik vilayətinin tərkibindədir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının Acanan Türk mahalının tərkibində olub.
XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edilib. 1823-cü ildə Gürcüstanda sərkərdə və baş idarəçi A.P.Yermolovun əmri ilə tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" sənədinə əsasən, kənddə azərbaycanlıların əcdadları yaşayıblar.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
