2025-ci il Ermənistan üçün təhlükəli olacaq, yoxsa...? | Nahapetyandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Cənubi Qafqaz və Ermənistan üçün çağırışlar artır, 2025-ci il İrəvan üçün daha təhlükəli olacaq”.
Bu sözləri təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib.
O iddia edib ki, kollektiv Qərb, ABŞ, Türkiyə və İsrail İrana qarşı müharibəyə hazırlaşır:
“Bizim dövlət olaraq varlığımızı davam etdirmək üçün 3-4 ay vaxtımız var, yəni 2025-ci ildə hazır olmalıyıq. Bilirəm ki, Ermənistan hökuməti üçün bu addımı atmaq çətindir, lakin Ermənistan KTMT və Rusiya ilə münasibətlərini çox tez bərpa etməlidir.
Bundan sonra Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün Ermənistan 9/10 noyabr 2020-ci il tarixli və digər üçtərəfli bəyanatlara istinad etməlidir. Daha sonra 9/10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndini gündəmə gətirmək Rusiyanın Qafanda baş konsulluğunu açmaq, həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırmaq lazımdır”.
O bildirib ki, bu addımların atılmayacağı halda Ermənistan yox ola bilər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
