Pleyeri seçin:

2026-cı ildə Bakıda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır - Baku TV

03 yanvar 2026 2656 baxış

Azərbaycan 2026-cı ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

Belə ki, bu il BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Tədbirdə urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı modelləri əsas müzakirə mövzuları olacaq.

Bakı həmçinin Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, “yaşıl enerji” layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

İslam İnkişaf Bankı Qrupu 16-19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Tədbir çərçivəsində investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı mövzuları müzakirə olunacaq.

Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası da Bakıda baş tutacaq. Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.

Bundan əlavə, dünya ölkələrinin maliyyə və kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.

Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin növbəti Zirvə toplantısının oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

Eləcə də Bakıda 2026-cı ildə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Formula 1” Azərbaycan Qran-prisi, Cüdo üzrə dünya çempionatı keçiriləcək.

Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. 1-10 sentyabr tarixlərində isə Bakıda sumo üzrə dünya çempionatı təşkil olunacaq.

Eyni zamanda Bakının “SportAccord” Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcəyi də elan olunacaq.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Tədbirlər çərçivəsində beynəlxalq elmi konfranslar, akademik forumlar və tematik sərgilərin təşkili nəzərdə tutulur.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 2656 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 2656 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 2656 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 2656 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 2656 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 2656 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 2656 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 2656 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 2656 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 2656 baxış
Seçilmişlər
icon