Pleyeri seçin:
2471 seçki məntəqəsində panduslar quraşdırılıb | Məzahir Pənahov
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib”.
Bunu Mərkəzi Seçki Komissiyasının avqustun 22-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, 125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq.
"Biz həmçinin hərəkət məhdudiyyəti olan seçicilərimiz üçün də panduslar quraşdırmaq təcrübəsinə malikik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayırıq və bütün məntəqələrdə pandusların qoyulmasının təmin olunmasına çalışırıq. 2471 məntəqəyə panduslar qoyulacaq", – deyə MSK sədri əlavə edib.
Kopyalandı
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
