Pleyeri seçin:

3 ildir boş qalan yerlərə niyə millət vəkili seçilmir?

21 iyul 2023 206 baxış

Millət vəkili Madər Musayevin vəfatı ilə parlamentdə boş qalan deputat yerlərinin sayı 8-ə çatıb.

Milli Məclisə 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkilər zamanı baş vermiş qanun pozuntularına görə Mərkəzi Seçki Komissiyası 4 dairənin nəticələrini ləğv edib. Beləliklə, nəticələri ləğv edilən dairələrdə lider olan namizədlər – Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadə mandatlarını qazanmadan itiriblər. Həmçinin deputat Fəttah Heydərov 2020-ci ildə vəfat edib.

Bundan başqa, 2022-ci ildə deputat Eldəniz Səlimov polisi döydüyünə görə mandatdan məhrum olmaqla yanaşı, 3 il 6 ay müddətinə həbs olunub. 2022-ci ildə isə Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı deputat mandatına xitam verilib.

Beləliklə, artıq 3 ildir deputat yerləri boş qalır. Seçki Məcəlləsinə görə, 1 deputatın 50 mindən çox seçicini təmsil eddiyini nəzərə alsaq, demək 400 mindən çox seçici deputatsız qalıb.

Seçki Məcəlləsində yer alan müddəalara görə, boş qalan depuat yerlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən təyin olunan müddətdə seçkilər keçirilməlidir. Amma bu müddəa uzun müddətdir nədənsə həyata keçirilmir.

Deputat Fazil Mustafanın sözlərinə görə, millət vəkili vəfat edərsə, onun yerinə operativ seçki keçirilməlidir.

Bəs boş qalan deputat yerlərinə niyə seçki keçirilməyib? Mərkəzi Seçki Komissiyasından məsələ ilə bağlı məlumatlarının olmadığı bildirilib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 206 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 206 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 206 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 206 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 206 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 206 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 206 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 206 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 206 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 206 baxış
Seçilmişlər
icon