300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” adlı süjetdə 10 minə yaxın şagirdin iştirakı ilə baş tutan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının Ermənistan mediasının əsas gündəm mövzusuna çevrildiyi, bu olimpiadanın məqsədinin yeni nəslin diqqətini Qərbi Azərbaycana yönəltmək, onun tarixinin öyrənilməsini təşviq etmək olduğu bildirilir.
Diqqətə çatdırılır ki, Ermənistan mediası İrəvanın hakim kuluarlarında azərbaycanlıların qayıdışı məsələsinin artıq müzakirə edildiyini yazır:
“Bu yazılar bir daha təsdiq edir ki, rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlarda azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı əsas müzakirə mövzularından biridir. Qazaxda kəndlərin qaytarılmasından sonra yaranmış ictimai narazılıq fonunda məsələ yenidən gündəmə gəlib və qayıdış məsələsinin reallıq olduğunu ermənilər yaxşı anlayırlar.
Erməni türkoloq, politoloq, kartoqraf və jurnalistlər hakimiyyəti tənqid edərək bildirirlər ki, istənilən güzəşt İrəvana, Zəngəzura qədər yeni tələblərə zəmin yaradacaq. Artıq yenilənmiş Qərbi Azərbaycan xəritəsi var. Nikol hakimiyyətdə qalarsa, Ermənistan Qərbi Azərbaycana çevriləcək. Qarabağdan gələn ermənilər də rəsmi Bakının icazəsi ilə Qərbi Azərbaycanda yaşayacaqlar.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması Prezident İlham Əliyevin növbəti tələbinin nədən ibarət olduğunu göstərir. Növbəti mərhələdə anklav olan 4 kənd qaytarılacaq, sonra Zəngəzur (Sünik) Azərbaycana təhvil veriləcək. Sonda isə Ermənistan yox olacaq”.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotelin açılışında iştirak ediblər - Baku TV
- İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV
- Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - Baku TV
- Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV
- İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV
