Pleyeri seçin:

AB-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır | Qara dənizin dibindən nə keçəcək?

04 noyabr 2024 816 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, paytaxtda keçiriləcək COP29-a sayılı günlər qalıb. Azərbaycan həm etibarlı tərəfdaş kimi, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi diqqət mərkəzindədir. Analiz edilən xəbərlərdən ölkəmizə olan marağın daha da artdığını müşahidə edirik.

Rusiyanın “Moskva-Bakı” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi üzrə meqa-Avropa layihəsinin icrası üzərində işləyirlər.

“Moskva-Bakı” Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycan, Rumıniya, Macarıstan bu istiqamətdə işləyir və bizim birgə müəssisəmiz var. Bu, Avropa İttifaqında ən uğurlu layihələrdən biri olacaq”, – deyə V.Orban qeyd edib.

Məqalədə o da vurğulanır ki, Gürcüstanın, Azərbaycanın, Macarıstanın və Rumıniyanın enerji operatorları yüksək gərginlikli elektrik şəbəkəsinin çəkilməsi layihəsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında Saziş imzalayıblar.

Pakistanın “The Express Tribune” nəşri oxucuların diqqətinə çatdırıb ki, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Mənbə oktyabrın 28-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərə diqqət çəkib.

Qeyd olunub ki, Pakistan və Azərbaycan 1992-ci ildən ticarət, müdafiə və enerji sahələrində əməkdaşlıq tarixinə malik səmimi diplomatik münasibətləri davam etdirir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 816 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 816 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 816 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 816 baxış
Seçilmişlər
icon