Pleyeri seçin:

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ - Baku TV

11 fevral 2026 670 baxış

Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərində yeni mərhələ başlayır. Artıq söhbət, sadəcə, əməkdaşlıqdan yox, strateji tərəfdaşlıqdan gedir.

ABŞ-nin Vitse-prezidenti Jeyms Devid Vensin Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətləri sistemli və uzunmüddətli müttəfiqlik səviyyəsinə qaldırır. Yəni sözügedən sənəd, sadəcə, diplomatik protokol deyil. Bu, real siyasət, real layihə, real öhdəliklərdir.

Xartiyanın ilk və ən vacib mesajı budur: Vaşinqton Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını açıq şəkildə dəstəkləyir.

Bu, regionun mürəkkəb geosiyasətində Bakıya verilən çox ciddi siyasi təminatdır. Amma sənəd yalnız siyasətdən ibarət deyil. Birinci istiqamət bağlantılar və iqtisadiyyatdır. Azərbaycan artıq, sadəcə, enerji ixracatçısı kimi yox, qlobal tranzit qovşağı kimi təqdim olunur. Orta Dəhliz, Xəzər üzərindən daşımalar, Naxçıvanla maneəsiz bağlantını təmin edəcək TRIPP marşrutu. Vaşinqton bu layihələri açıq şəkildə dəstəkləyir.

Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan Şərqlə Qərb arasında əsas logistika körpüsünə çevrilir və bu körpüyə artıq ABŞ sərmayəsi gəlir. Nəqliyyat, limanlar, enerji xətləri, rəqəmsal infrastrukturlar, hamısı konkret investisiya planlarına daxil edilir.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, bu sənəd Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın yeni dövrünü açır:

“Açığını desəm, ABŞ rəsmisi kimi uzun illər Azərbaycanda işlədiyim müddətdə belə ton və yanaşma ilə ilk dəfə qarşılaşıram. Xartiyanın məzmunu ABŞ və Azərbaycanın uzun illərdir üzərində işlədiyi məsələlərdən ciddi şəkildə fərqlənmir. Məsələn, sənədin əsas sütunlarından biri regional bağlantılardır. Buna “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu”, yaxud Zəngəzur dəhlizi və Orta Dəhliz daxildir.

Bu istiqamətlər üzrə ABŞ və Azərbaycan hələ Bill Klinton administrasiyasından bəri əməkdaşlıq edir. Yəni biz bu layihələr üzərində uzun müddətdir çalışırıq. Fərq isə Donald Tramp Administrasiyasının ritorikasındadır. Vaşinqton bu dəfə uzunmüddətli öhdəlik, investisiya və ABŞ biznesinin regionda daimi iştirakı barədə daha açıq mesajlar verir”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 670 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 670 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 670 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 670 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 670 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 670 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 670 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 670 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 670 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 670 baxış
Seçilmişlər
icon