Pleyeri seçin:
ABŞ-dən Bayramov və Mirzoyanın görüşünə müəmmalı reaksiya
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ona verilən müvafiq sualdan yayınıb.
Belə ki, jurnalistin dövlət katibi Entoni Blinkenin bu görüşün Vaşinqtonda keçirilməsini istəməsi ilə bağlı ünvanladığı suala cavab olaraq Metyu Miller bildirib ki, heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfin davamlı, uzunmüddətli razılaşma əldə etməsinə çalışırıq.
Qeyd edək ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş olacaq.
Kopyalandı
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
