ABŞ İrandakı səfirliyimizə teraktı pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.
Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda Birləşmiş Ştatların yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum şiddətlə pislənib.
“Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - deyə bəyanatda qeyd olunub.
Dövlət Departamentinin bəyanatında həmçinin terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralılara tezliklə şəfa arzu olunub.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
