ABŞ Rusiya ilə mübarizədə Cənubi Qafqazdakı mövqelərini gücləndirir | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet efirə gedib.
“Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri” adlı süjetdə Bakı-İrəvan xəttində sülh müzakirələrinin getdiyi vaxtda Ermənistanın sərhədboyu ərazilərdə son günlər təxribat hücumlarını intensivləşdirməsindən bəhs olunur.
Bildirilir ki, Ermənistan hakimiyyəti artıq ordu üzərində nəzarəti itirib və başsız qalmış silahlı qruplar istədikləri vaxt Azərbaycan Ordusunun mövqelərini hədəfə alaraq, rəsmi İrəvanı çətin vəziyyətə salır:
“Ermənistan hakimiyyəti sülhdən yayınır, bölgədə hərbi eskalasiyada maraqlıdır, buna görə də Azərbaycana “birgə nəzarət” təklifini verir. Əslində bu iki amil görüntü xarakteri daşıyır, rəsmi İrəvanın gerçək planı başqadır. Bu planın detalları da məhz Nikol Paşinyanın “sərhəddə nəzarət mexanizmi yaratmaq” təklifində gizlənib”.
Məlumatlara görə, ABŞ-Ermənistan birgə təlimlərindən sonra amerikalı hərbçilər bölgədə qalıb və Zəngəzur bölgəsində – Azərbaycanla sərhəddə ABŞ-nin hərbi kontingentinin yerləşməsi üçün baza qurulur. Bu, Ermənistanı qorumaq, Rusiyanı bölgədə sıxışdırmaq və İrana qarşı platforma kimi istifadə etmək məqsədi daşıyır.
Mümkündür ki, ABŞ Zəngəzurda qurduğu hərbi bazanı Ermənistan-Azərbaycan sərhədində “atəşkəsə nəzarət mexanizmi” adı altında legitimləşdirmək istəyir.
Diqqətə çatdırılır ki, Ermənistanın sərhəddə təxribat hücumlarını intensivləşdirməsi də buna hesablanıb:
“Bu prosesdə Ermənistanın əsas məqsədi mövcud sərhədlərin mümkün dəyişməsi ssenarisinin qarşısını almaq, Azərbaycanın tarixi torpaqları üzərində legitimlik qazanmaq, Qərbi Azərbaycan məsələsini arxa plana keçirməkdir”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
