Pleyeri seçin:

Ağ Evin mətbuat katibi azərbaycanlı səfirin müsahibəsini paylaşıb

19 avqust 2025 904 baxış

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ölkənin aparıcı media orqanlarından biri olan “Washington Examiner” jurnalına verdiyi geniş müsahibəni “X” sosial şəbəkəsində paylaşıb.

Müsahibə “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Donald Trampı “əsl sülhməramlı” adlandırıb” başlığı ilə yayımlanıb.

Səfir jurnalist Bredi Noksa verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmada həlledici rol oynadığını bildirib və onu “həqiqi sülh qurucusu” adlandırıb.

Diplomat 8 avqustda imzalanan tarixi sənəd barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq xarici işlər nazirləri tərəfindən ilkin təsdiqlənən sənəd gələcəkdə imzalanacaq müqavilənin əsasını qoyur.

Razılaşmaya əsasən, ABŞ nəzarətində yaradılacaq dəhliz həm Ermənistan və Azərbaycan üçün yeni inkişaf imkanları açacaq, həm də Azərbaycanla strateji tərəfdaşı Türkiyə arasında birbaşa ticarət əlaqələrinə yol açacaq.

X.İbrahim müsahibəsində D.Tramp Administrasiyasının bölgəyə sülh və inkişaf gətirmək əzmində olduğunu xüsusi vurğulayıb.

“Prezident D.Tramp həqiqi liderdir, sülh qurucusudur. Ona görə biz inandıq ki, yalnız bölgəmizdə deyil, bütün dünyada daha çox sülh və tərəqqi olacaq. Nəticəni də gördük”, – deyə səfir qeyd edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 904 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 904 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 904 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 904 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 904 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 904 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 904 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 904 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 904 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 904 baxış
Seçilmişlər
icon