Ağdam-Xankəndi yolu ilə nələr daşınacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidə qanunsuz rejimin “rəhbər”i Araik Arutyunyan “Təhlükəsizlik Şurası”nın iclasının çağırıldığı barədə məlumat yayıb.
Ermənistanın “Hraparak” qəzeti sözügedən “iclas”ın təfərrüatlarını açıqlayıb. Məlumata görə, A.Arutyunyan “iclas” zamanı Ağdam-Xankəndi yolu ilə ticarətin aparılmasına dair qərar qəbul edildiyini bəyan edib.
Qəzet yazır ki, qondarma rejimin “rəhbər”i sözügedən məsələni müzakirə obyekti kimi deyil, fakt və reallıq olaraq təqdim edib: “O, sözügedən yol vasitəsilə ticarətin qismən olacağını, həmin yolla tikinti materialları, dizel yanacağı, dərman daşınacağını bildirib. Onun sözlərinə görə, ərzaq məhsulları isə rusiyalı sülhməramlılar vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, o demək deyil ki, Laçın yolu tam olaraq işlək olacaq, Qarabağ sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”.
“Hraparak”ın məlumatına görə, A.Arutyunyan növbəti mərhələdə Azərbaycandan gələcək qaz və elektrik enerjisi məsələsinin də müzakirə edilməsinin planlaşdırıldığını deyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
