Pleyeri seçin:

Agentin ifşası ilə bağlı yeni təfərrüat açıqlandı

11 yanvar 2024 471 baxış

Azərbaycanda iki fransalı diplomatın “persona-non-grata” elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü “casus qalmaqalı”na dair yeni təfərrüatlar məlum olub.

“Report” Fransanın “L’Opinion” nəşrinə istinadən xəbər verir ki, əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycan xüsusi xidmət orqanlarının Bakıda fransalı casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Lakin daha sonra məlum olub ki, ötən il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan diplomatlarla birbaşa əlaqəsi olub.

Nəşrdə o da vurğulanıb ki, M.Rayanın Fransa və Böyük Britaniya vətəndaşlığı olub, 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub, ancaq siyasətlə maraqlanmayıb.

Buna baxmayaraq, Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb edib.

Xəbərə görə, o, səfirliyin “Frederik” və “Loran” adlı əməkdaşları ilə isti, hətta mehriban münasibətlər saxlayırdı. Bakını tərk edən “Loran”ı əvəz edən “Andre” həbsdə ikən M.Rayanla görüş istəyib. Söhbət zamanı “Andre”nin M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verdiyi də məlum olub.

Məqalədə vurğulanıb ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların, xüsusən də İran və Türkiyə ilə bağlı informasiyaların toplanılmasına və ötürülməsinə çevrilib.

Müəllifin sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları iki diplomatı, o cümlədən “Andre”ni şahid qismində dindirmək istəyib, lakin bundan imtina edildiyinə görə onların hər ikisi ölkədən çıxarılıb.

"Görünən odur ki, Fransanın “diplomatlar”ı Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə hesabat veriblər. Onların kimliyi isə açıqlanmayıb. Ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib, amma o, Fransa agenti olmayıb”, – deyə nəşrdə qeyd edilib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 471 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 471 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 471 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 471 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 471 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 471 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 471 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 471 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 471 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon