Pleyeri seçin:
Aleksandar Vuçiç Ceyhun Bayramovu birinci dərəcəli "Serbiya Bayrağı" ordeni ilə təltif edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.
Serbiya mətbuatı xəbər verir ki, nazir iki ölkə arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdur.
O həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Kopyalandı
#Aleksandar Vuçiç teqi istifadə olunub
- Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır
- Vuçiçin məğlubiyyəti regionda qüvvələr nisbətini dəyişəcəkmi? - Baku TV
- Fitsonun Serbiya və Slovakiyanın suveren siyasəti barədə mesajı nə olub?
- Serbiya Prezidenti qərardan sonra sabitliyin qorunmasını ölkəsi üçün əsas prioritet adlandırıb
- Serbiya Prezidenti vəzifəsindən uzaqlaşır?
